Alimlər üç ölçülü canlı beyin hüceyrə modeli yaradıblar


Digərləri 27 Okt 2017 08:59:00 367 0

Alimlər üç ölçülü canlı beyin hüceyrə modeli yaradıblar

Amerikalı elm adamları kompüter mühitində üç ölçülü canlı beyin hüceyrə modelini yaradıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Allen İnstitutunun məlumatına görə, yaradılan hüceyrə modeli altsheymer və epilepsiya xəstələrinin müalicəsində əhəmiyyətli rol oynayacaq.

Araşdırma zamanı 36 nəfərdən götürülən 300 beyin hüceyrəsinin 100-nün neyronlarının quruluşu, anatomiyası və hərəkəti üç ölçülü olaraq ortaya çıxıb. Bunun nəticəsində hüceyrə modeli yaradılaraq institutun nevrologiya bölməsinə göndərilib.