Bakıda övladını məktəbdən gətirən qadını maşın vurub


Digərləri 27 Okt 2017 08:35:00 253 0

Bakıda övladını məktəbdən gətirən qadını maşın vurub

Bakının Binəqədi rayonu ərazisində qadını maşın vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsinin Mikayıl Mikayılov küçəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Paşayeva Elnarə Ramiz qızı övladını oxuduğu 301 saylı orta məktəbdən gətirən zaman onu minik avtomobili vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilib.