Tillerson Dövlət Departamentinin sanksiya siyasəti üzrə aparatını ləğv edib


Dünya 27 Okt 2017 07:49:38 292 0

Tillerson Dövlət Departamentinin sanksiya siyasəti üzrə aparatını ləğv edib

Bu işləri Siyasi planlaşdırma şöbəsi direktorunun birinci müavini əlaqələndirəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson ştatı əvvəllər Dövlət Departamentinə daxil olan sanksiya siyasəti üzrə aparatı ləğv edib.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı keçmiş diplomatlar və Konqresdəki mənbələrə istinadən "Foreign Policy" nəşri məlumat yayıb.

İndi bu istiqamətdə işləri Departamentin Siyasi planlaşdırma şöbəsi direktorunun birinci müavini Devid Tessler əlaqələndirəcək.