Qorxulu xəstəliyi erkən aşkarlaya biləcək texnologiya hazırlanıb


Digərləri 27 Okt 2017 07:35:00 287 0

Qorxulu xəstəliyi erkən aşkarlaya biləcək texnologiya hazırlanıb

Koreyalı alimlər Alsheymer xəstəliyinin erkən təyin edilməsində istifadə ediləcək bir biomarker əldə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Koreya Respublikasının Elm, İnformasiya və Kommunikasiya Nazirliyinin, Seul Milli Universitetinin alimləri qan nümunələrində "beta-amiloid" adlı proteini təsbit edə bilən bir dəst hazırlayıblar. "Beta-amiloid" zülalının beyindəki mövcudluğu Alsheymerin ilkin əlamətlərindən biri hesab olunur.

Tədqiqatçılar hazırladıqları biomarkerin 90 faiz düzgün diaqnoz qoyduğunu deyiblər. Alimlər texnologiyanın əvvəlkilərdən fərqli olaraq xəstəliyin görünən əlaməti olmadan onu tanıya biləcəyini bildiriblər.