Almanı yuyarkən diqqət edin ki...


Digərləri 26 Okt 2017 23:20:00 294 0

Almanı yuyarkən diqqət edin ki...

Almanı çirk və pestisidlərdən tam təmizləmək üçün 15 dəqiqəyə yaxın sodalı suda saxlamaq lazımdır

Bakı. Sən demə, almanın xüsusi yuma üsulu var imiş. Belə ki, almanı çirk və pestisidlərdən tam təmizləmək üçün 15 dəqiqəyə yaxın sodalı suda saxlamaq lazımdır. Trend-in məlumatına görə, ABŞ-ın pestisidlərin təhlili laboratoriyasının mütəxəssisləri bu qənaətə gəliblər. Qeyd olunur ki, pestisidlərdən istifadə məhsuldarlığı artırsa da, bu dərmanın qalıqları almanın qabıqlarında qalır. Bu səbəbdən mütəxəssislər almanı qabığını soymaqla və ya meyvəni sodalı suda saxladıqdan sonra yeməyi məsləhət görürlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin