"Moody's" 2017/18-ci illərdə Azərbaycanda ÜDM-in adambaşına düşəcək həcmini açıqlayıb


İqtisadiyyat 26 Okt 2017 22:56:41 300 0

"Moody's" 2017/18-ci illərdə Azərbaycanda ÜDM-in adambaşına düşəcək həcmini açıqlayıb

Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi təqribən 4 min dollar təşkil edəcək

"Moody's" beynəlxalq reytinq agentliyi 2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmini açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, analoji dövrdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi təqribən 4 min dollar təşkil edəcək.

“Report” xəbər verir ki, bunu "Moody's Investors Service" bank qrupunun direktoru Yaroslav Sovqiru bildirib.

Şirkətin qiymətləndirməsinə görə, analoji göstərici Rusiyada 10 min dolları ötəcək, Qazaxıstanda 8 min, Belarusda 6 min dollar təşkil edəcək. Ermənistanda bu göstərici təqribən 4 min dollara bərabər olacaq.