"PAŞA Bank" müştərilərinə xəbərdarlıq edib


Digərləri 26 Okt 2017 22:34:01 220 0

"PAŞA Bank" müştərilərinə xəbərdarlıq edib

Bu gecə "Paşa Bank"ın müştərilərə göstərəcəyi xidmətlərdə 4 saatlıq fasilə yaranacaq

Bakı. Bu gecə "Paşa Bank"ın müştərilərə göstərəcəyi xidmətlərdə 4 saatlıq fasilə yaranacaq. Trend-in məlumatına görə, "PAŞA Bank" bu barədə müştərilərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: "Xidmət səviyyəsinin artırılması məqsədilə 27 oktyabr 2017-ci il tarixində saat 02:00-dan 06:00-dək bank sistemlərinin təkmilləşdirilməsi üzrə texniki işlərin aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, bütün növ bank kartları və POS-terminallar ilə əməliyyatlar daxil olmaqla, onlayn bank xidmətlərinin istifadəsində yuxarıda qeyd olunmuş müddət ərzində fasilələr yarana bilər. Müvəqqəti narahatçılığa görə üzr istəyirik və əməkdaşlıq üçün təşəkkürümüzü bildiririk". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin