Azərbaycanı silkələyən həbsxana qaçışları – FOTO


Digərləri 26 Okt 2017 22:28:00 270 0

Azərbaycanı silkələyən həbsxana qaçışları – FOTO

Şirvana etap ötürülən məhbusların qatardan qaçması böyük müzakirələrə səbəb olub. Xatırlatmaq üçün qeyd edək ki, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar - 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. Əli Ağami kriminal aləmdə "Krutoy Elvin" kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətlində ittiham olunub.

Son.az Femida.az-a istinadən bildirir ki, bu cürə hallar Azərbaycan yenicə müstəqillik əldə edən illərdə daha çox baş verib. Qaçışların böyük əksəriyyəti isə siyasi mahiyyət kəsb edib. 

Həbsxanaya etap edilən məhbuslar hansı vaqonlarda aparılır?

Həbsxanaya etap edilən müttəhim və ya cinayətkarları hər zaman "Stalipinka" deyilən qatarlarda aparırlar. "Stalipinka" qatarın yedəyinə birləşdirilən vaqona deyilir. Güclü mühafizə olunur. Oradan isə qaçış qeyri- mümkündür. Yəni, oradan qaçmaq üçün gərək fövqəladə ağıllı olasan. Oğru aləmində buna deyirlər ki, gərək "Başın Leninin başı olsun". Yəni ki, bu qaçış hər iki tərəfdən planlaşdırılmış və sifarişli olur. Belə qaçışlar lapdan alınmır. Bir-birini tanıyan, əlbir olan cinayətkarları isə heç vaxt eyni vaqonda aparmırlar. Belə işlərdə "məsuliyyətsizlik" sözü çox yersiz görünür. Belə cinayətləri ancaq cinayətkar qrupla əlbir olanlar törədir, əsasən də bu kimi cinayətlərdə polis işçisinin əli olur.

Azərbaycanı silkələyən həbsxana qaçışları...

Dağıstanlı "qanuni oğru" Abuzər Abuzərov Azərbaycanda necə həbs olunub?

1996-cı ilin avqustunda Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhər sakini Hətəm Hətəmovun sifarişi ilə 50 min ABŞ dolları müqabilində, dağıstanlılar Abuzər Abuzərov və Allahverdi Babayev Azərbaycan Respublikasının vətəndaşları Qabil Ağayev, Hüseynağa Zərbəliyev, Afər Kərimov, Səyyad Allahverdiyev, "Hökməli Rasim" ləqəbli Rasim Cəbrayılov və qeyrilərindən ibarət silahlı banda təşkil edərək, Bakı şəhərinin sakini Tofiq Bayramovu oğurlamış, əlləri və gözləri bağlı vəziyyətdə Novxanı bağlarında 13 gün saxlayaraq, zərərçəkənin Rusiya Federasiyasında kommersiya fəaliyyəti ilə məşğul olan qardaşından hədə-qorxu ilə 300 min ABŞ dolları tələb ediblər. Sonrakı istintaq-əməliyyat tədbirləri nəticəsində həmin bandanın hələ 1995-ci ildə Bakı şəhər sakini Tahir Cəfərovu və İran İslam Respublikasının vətəndaşı Məmmədhüseyn Qaraxanlını da oğurlayaraq külli miqdarda pul tələb etdiyi müəyyən olunub.

Yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bandanın yuxarıda adları qeyd edilən üzvləri də həbs olunublar. (Mənbə: Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin 30 dekabr 2002-ci ildə birgə yaydığı məlumat)

Qeyd olunan məlumatda adı keçən Abuzər Abuzərov Dağıstanda fəaliyyət göstərən kriminal avtoritet idi. Onun Azərbaycanda həbs olunması digərlərini narahat edirdi. Tezliklə kriminal avtoritetlər onun həbsdən qaçırılması üçün plan hazırlayıblar. Bu işdə onlara Azərbaycan hüquq mühafizə işlərində çalışmış yüksək rütbəli şəxslər kömək ediblər.

Dağıstanlı avtoriteti həbsxanadan qaçırdan vəzifəli şəxs kim idi? 

Kriminal avtoritetin Dağıstana qaçmasına DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov başçılıq edib. Bu barədə detallar Hacı Məmmədovun 10 mart 2005-ci il tarixdə keçirilən Qara Kəmər əməliyyatı zamanı həbsindən sonra üzə çıxıb.

Məhkəmə prosesində Hacı Məmmədov kriminal avtoritetin qaçırılmasının onun rəhbərliyi ilə baş tutduğunu etiraf edib. Qeyd olunan hadisə ilə bağlı Azərbaycanda yüksək rütbəli məmurlar da münasibət bildirib.

Uzun illər bu sahədə araşdırma yazıların müəllifi olan jurnalist Aida Eyvazlı müxtəlif illərdə baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşüb. 

"Yadımdadır ki, 1991-ci ildə 34 nəfər həbsxanadan qaçmışdı. Onlar "podkop", yəni yer altı qazma yolu ilə həbsxanadan qaçıblar. Qeyd olunan qaçış həmin illərdə böyük səs-küy yaratmışdı. Qaçanların arasında Namiq, Yevlaxlı Rəşid də var idi. Elə həmin ərəfədə Mingəçevirdə həbsdə olan Yevlaxlı Alik də saxlanma izolyatorundan qaçırılmışdı. Həmin Yevlaxlı Rəşid və Yevlaxlı Alik bölgədə tanınmış cinayətkar idilər. Əvvəl dost olsalar da sonradan cinayətkar arasında nüfuz davası başlayıb.

Kim çox adam öldürsə, o daha güclü idi. Surət Hüseynov yunun ilkin emalı fabrikinə sex rəisi təyin olduqdan sonra direktorluğa iddialı İsrail Qorçiyevin adamı olan həmin Rəşidlə aralarında mübahisələr yaranmışdı. Mübahisələrin birində Rəşidin qardaşı Aslan, yun fabrikindən bac-xərac tələb edib Surətin adamı olan Cümünü ayağından güllə ilə vurub. Bunun isə qisası daha acı nəticə ilə bitmişdi. Cümü Aslanı ağzından atmışdı. Həmin illərdə Yevlaxda qan su yerinə axdı. Münaqişə dərinləşməyə başlayıb, Yevlax küçələrində meyitlər yan-yana düzülür. Cümüylə, Rəşid meydandan silindikdən sonra Yevlax tinlərində Camalla Meydanın adları hallanmağa başlayır. Həmin 1992-ci ilin aprel-may aylarında Yevlax həm də Şuşada vuruşacaq, könüllü taborların mərkəzi sayılırmış.

Bu könüllülər də gah o tərəfə keçirmiş, gah bu tərəfə. Şəhərdə belə bir əsəbi vəziyyət hökm sürdüyü vaxt Camalın qardaşı Nurməmməd qətlə yetirilir. Onun qətli Yevlaxda böyük müsibətə çevrilir. Yas mağarında Camalın anası üzünü oğluna tutaraq deyir ki, qardaşının qanını almasan, südümü sənə halal etməyəcəm. Yas mərasimində isə bütün Yevlax iştirak edirmiş. Vəzifə sahiblərindən tutmuş, polislərə, sıravi müəllimlərə qədər. Havadan qan qoxusu gəlir...

Qardaşının bu cür namərdcəsinə öldürülməyindən qeyzlənən Camal sakitliyini itirir. Hər iki tayfa arasında qan düşmənçiliyi yaranıb şəhərdəki könüllülər batalyonlarını da öz təsiri altına salır. Kür qırağındakı seyrək meşələrdə Meydanın qohumları hərbi təlim keçməyə başlayırlar. Buna belə ad qoyurlar ki, guya Şuşa döyüşlərinə hazırlaşırlar. Meydanın qohumlarından Qara Vəli, Alik (Əli Məmmədov) bu "dərsləri" lap əla öyrənirlər.


Xəbərə aid fotolar