“Onların polisdə, prokurorluqda, hökumətdə adamları var”


Digərləri 26 Okt 2017 22:12:00 318 0

“Onların polisdə, prokurorluqda, hökumətdə adamları var”

Oktyabrın 24-də "Lotu Quli" ləqəbilə tanınan Nadir Səlifovun azalığa çıxması gündəmdə bomba effektini yaratdı. Belə ki, Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə şikayət təmin olundu və "Lotu Quli" vaxtından əvvəl şərti azadlığa buraxıldı. Bəzi məlumatlara görə, kriminal aləmdə söz sahibi olmuş Rövşən Lənkəranskinin öldürülməsindən sonra Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisləşib. "Lotu Quli"nin məhz Rusiyadakı azərbaycanlılar yaşayan ərazilərə nüfuz edəcəyi  gözləntiləri var. Azadlığa çıxmış "Lotu Quli"inin artıq Türkiyədə - İstanbulda olduğu barədə məlumatlar var.

"Lotu Quli" həbsxanada 20 ilə yaxın vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq, həbs edilmişdi.  Bəs Nadir Səlifovun həbsdən azad olunması keçmiş SSRİ məkanındakı kriminal aləmdə nəyə təsir edə bilər?

Son.az modern.az-a istinadən bildirir ki, "qanuni oğru" aləminə yaxşı bələd olan, "kriminal avtoritetlər" barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi ilə müsahibəni təqdim edir:

- Bəhram müəllim, bir neçə avtoritet -"Lotu Bəxtiyar", "Dağlı Cavanşir", "Lotu Himət", "TT Nəriman", "Rövşən Lənkəranski" haqqında kitabların müəllifisiniz. İki gün əvvəl azadlığa buraxılan "Lotu Quli" haqqında da kitab yazmaq fikriniz varmı?  

- "Lotu Quli" barəsində kifayət qədər məlumat toplamışam. Mütləq onunla bağlı kitab yazmaq fikrindəyəm. Çünki 15 il müddətində nə edibsə, hadisələrin hamısını yazmışam, material hazırdır. Sadəcə, onun özündən kitab çıxartmaq üçün icazə almaq istəyirəm.

- Adətən avtoritetlər öldükdən sonra barələrində kitab yazılmasını istəyirlər, sağ ikən buna razı olmurlar...

- Bəli, mütləq şəkildə. Hələ 2002-ci ildə Sabirabadlı Hikmətlə qardaşının restoranında oturmuşduq. Dedim, "icazə verin sizin haqqınızda kitab yazım". Hikmət üç dəfə qulağını çəkdi. Dedi ki, "öləndən sonra yazarsan". Dəqiq bilmirəm. Yəqin "Lotu Quli" də belə düşünür. Amma istənilən halda özündən soruşmalıyam.

- Bu sahədə kifayət qədər araşdırmalar aparan biri kimi necə düşünürsünüz, "Lotu Quli"nin azadlığa çıxması nəyi dəyişəcək? Belə fikirlər var ki, "Rövşən Lənkəranski"nin missiyasını, yəni Rusiyada azərbaycanlıların müdafiə olunmasını "Lotu Quli" təmin edəcək.

- Yüz faizdir ki, "Lotu Quli" azadlığa çıxdıqdan sonra Rusiya bazarlarında çalışan soydaşlarımızın vəziyyəti düzələcək. Hamıya məlumdur ki, "Lənkəranski" öldürüldükdən sonra onları sıxışdırırdılar. Necə ki, "Yaponçik" Amerikada məhbəsdə otura-otura rus mafiyasına nəzarət edirdi, "Lotu Quli" də Azərbaycanda məhbəsdə otura-otura hər şeyə nəzarət edirdi. Azərbaycanlı avtoritetlərin hamısı "Lotu Quli"nin sözü ilə oturub-durur.

- Nadir Səlifovun sənədləri də qaydasında deyildi. Azadlığa buraxılandan sonra SSRİ dövründə verilən pasportla sərhəddi keçməyə necə nail olub sizcə?