Azərbaycanın “İsgəndər”lərə qarşı alacağı silah


Digərləri 26 Okt 2017 22:16:00 232 0

Azərbaycanın “İsgəndər”lərə qarşı alacağı silah

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın dərinləşməsindən ilk növbədə narahat olan ölkə Ermənistandır.   Müdafiə naziri Zakir Həsənovla Belarus prezidenti Aleksandr Lukaşenko arasında 9 oktyabrda keçirilən görüşdən sonra ekspertlər Azərbaycanın silah arsenalını genişləndirəcəyi barədə fikirlər səsləndirdilər.   Məlumatlara görə, Belarus raket sistemlərindən Azərbaycana satacaq, söhbət isə əsasən 200 kilometr mənzilli  "Polonez" reaktiv-yaylım atəşi sistemlərindən gedir.   Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, Azərbaycandan Belarusdan 170 milyon dollarlıq silah alıb. Belarus KİV-ləri isə bildirir ki, Belarus Azərbaycanı "Polonez" sistemləri ilə də təmin edəcək. Ermənistanın narahatlığı isə bundan ibarətdir ki, Rusiyadan aldığı "İsgəndər" raketlərinə qarşı yaxşı vasitələrdən biri də "Polonez"lərdir. Lakin Ermənistanı narahat edən təkcə bu deyil, çünki Azərbaycanın hərbi balansında kifayət qədər digər müasir hava hücumundan müdafiə sistemləri də var.   Son.az modern.az-a istinadən bildirir ki,rusiyalı politoloq Aleksandr Skakov Ermənistanın 1in.am analitik porrtalına deyib ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq Lukaşenkonun ənənəvi siyasətinin təzahürüdür.   Ekspert hesab edir ki, bu, həm də Belarusun Rusiyaya qarşı demarşıdır, bununla belə "Polonez"lərin satılması Minsklə Moskva arasındakı razılaşmadan asılıdır.   "Bu sistemlərin Azərbaycana satılması pariteti poza bilər. Problem budur ki, Belarus Rusiya üçün çox mürəkkəb partnyordur. Ehtimal etmək olar ki, Rusiya "Polonez"lərin Azərbaycana satılmaması üçün əlindən gələni edəcək. Moskva Belarusa iqtisadi məsələlərlə bağlı hər hansı güzəştə gedəcəksə, bu zaman Minsk "Polonez" sistemlərinin Azərbaycana çatdırılması ideyasından imtina edə bilər. Bu ticarət məsələsidir" - Skakov belə hesab edir.   Ekspert Aleksandr Perenciyev Bakı ilə Minskin hərbi-siyasi sferada əlaqələrini şərh edərkən deyib ki, Belarusun Azərbaycana silah satmaq istəməsi həm də siyasi motivlərə malikdir.   "Birincisi, Azərbaycan ödəmə qabiliyyətinə malik ölkədir, o aldığı silahın dəyərini ödəməyə hazırdır. Bu isə Belarus üçün çox cazibədardır.   Burada daha bir əhəmiyyətli məqamı da nəzərə almaq lazımdır. Belarus bu addımları ilə Dağlıq Qarabağ münaqişəsində təsiredici gücə malik olmaq istəyir. Belarus neçə ildir ki, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna öz təsirini göstərmək istəyir"-Perenciyeb bildirib.   "ABŞ və NATO-ya üzv olan digər dövlətlərin bu regionda Qərb ölkələrinin təsiri azalır, lakin Rusiya ilə Belarus təşəbbüsü ələ alır"- o əlavə edib.   Qeyd edək ki, "Polonez" raket sistemlərinin işlənib hazırlanması 2013-cü ildə Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkənin hərbi-sənaye kompleksinin mütəxəssisləri qarşısında qoyduğu vəzifə əsasında başlamışdı. Lukaşenko sonralar müsahibələrindən birində dediyi kimi Rusiyadan &quo

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin