Tualetə teztez getmək təhlükədən xəbər verə bilər


Digərləri 26 Okt 2017 21:35:00 275 0

Tualetə teztez getmək təhlükədən xəbər verə bilər

"The İndependent" qəzeti yazır ki, qadınların yalnız 1 faizi tez-tez ayaqyoluna getmək ehtiyacının yumurtalıq xərçənginin simptomlarından biri olduğunu bilir.

Target Ovarian Cancer xeyriyyə təşkilatının apardığı rəy sorğusu göstərib ki, bu xəstəliyin qarın ağrısı və köp kimi simptomlarına da İngiltərə qadınlarının əksəriyyəti məhəl qoymur.

Sorğuda iştirak etmiş 1000 qadından yalnız 200-ü tez-tez köpmənin simptom ola biləcəyini söyləyib.

The Royal Marsden xəstəxanasının ginekoloji onkologiya cərrahı John Butler-in firkincə, əsas problem bundadır ki, yumurtalıq xərçənginin çox qeyri-spesifik simptomları var.

Həkim "The Independent" qəzetinə deyib ki, bu simptomları ayda 12 dəfə hiss edən qadınlar mütləq həkimə müraciət etməlidirlər.

Buna baxmayaraq 2009-cu ildə aparılmış bir araşdırma göstərib ki, tualetə tez-tez getmək ehtiyacı duyan hər 1000 qadından yalnız iki və üçündə yumurtalıq xərçəngi aşkar edilib.

2016-cı ildə keçirilmiş Yumurtalıq Xərçəngi Maarifləndirmə Aylığında açıqlanmış rəqəmlər Birləşmiş Krallıqda hər il bu xəstəlikdən 4100 ölüm halının olduğunu göstərib.

"The Independent" yazır ki, qadınlarda döş, ağ ciyər və bağırsaq xərçəngindən sonra dördüncü ölüm səbəbi olan yumurtalıq xərçəngi halını orta hesabla hər sahə həkimi beş ildə bir dəfə aşkar edir.

Simptomların başqa xəstəliklərlə ümumi olması səbəbilə qadınların əksəriyyəti artıq iş-işdən keçənədək diaqnozsuz qalır.