İstifadəsiz su çəni əsl təhlükəyə çevrilib VİDEO


Digərləri 26 Okt 2017 21:12:00 371 0

İstifadəsiz su çəni əsl təhlükəyə çevrilib  VİDEO

Ağdamda hündürlükdə yerləşən iri su çəni ətrafda yaşayan sakinlər üçün sözün əsl mənasında təhlükə mənbəyinə çevrilib. 30 ildən çoxdur istifadə edilməyən 15 tonluq çən hər an aşa bilər.

18 metr hündürlükdə yerləşən iri çən təhlükə mənbəyinə çevrilib. Son.az xezerxeber.az-a istinadən bildirir ki, bura Ağdam rayonun Evoğlu kəndidir. Su cəni 1973 cü ildə əhalinin icməli su təminatını yaxşılaşdırmaq ücün istifdayə verilib.Quyudan cıxan su hündürlükdə yerləşən cənə vurularaq buradan sakinlərə paylanılıb..Uzun illərdir ki,bu çəndən istifadə olunmur. Mişar daşından tikilən dayaqlar üzərində duran cəni külək əydiyindən təhlükə daha da artıb.Kənd sakinləri küləkli havalarda burdan keçməyə ehtiyyat edirlər. Kənd sakinləri təhlükəni aradan qaldırmaq ücün bir necə qaldırıcı texnikada cağırıblar.Ancaq Su cəni yüksəklikdə və cəkisi 15 ton olduğu ücün rayondakı texnikaların gücü çatmıyıb.Sakinlər vəziyətlə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Rayon icra hakimiyyətindən isə "XəzərXəbər"ə bildiriblər ki, su cəni ərazidə yaşayan kənd sakini Zülfiqar Niftəliyevin mülkiyətinə verilib.Hazırda su cəni fərdi vətəndaşın mülkiyyətində olduğundan təhlükənin aradan qaldırilması da onun üzərinə düşür.


Xəbərə aid video