Evləri soyub ölkədən çıxmaq istəyirdi,


Digərləri 26 Okt 2017 21:14:00 305 0

Evləri soyub ölkədən çıxmaq istəyirdi,

Zaqatalada həmkədlisinin evindən küllü miqdarda qızıl-zinnət əşyalarını oğurlayaraq ölkəni tərk etmək istəyən 21 yaşlı gənc saxlanılıb. Qubada isə saxlanılan şəxs qohumlarının evindən 20 min manatlıq qızıl əşyaları oğurlayıb.

Evləri soyub ölkədən çıxmaq istəyirdi, lakin ələ keçirildi. Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zaqatala rayonun Aşağı Tala kənd sakini Asif Hacıyev Polisə müraciət edərək evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. əməliyyat tədbirləri nəticəsində Asif Hacıyevin evindən oğruluq edənin elə onun həmkəndlisi 21 yaşlı Elxan Canımov olduğu məlum olub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılıb. Onun üzərinə baxış zamanı oğurladığı qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Qubada isə 3 qohum evinə girərək oğurluq edən rayonun Qorxmazoba kənd sakini Sahil Mürsəlov saxlanılıb. Sahil Mürsəlov ev sahiblərinin mənzildə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla 1100 manat və 100 ABŞ dolları, habelə 20 min manatlıq dəyərində olan qızıl zinət əşyalar 2 mobil telefon və təqaüd kartını oğurladığını etiraf edib. Oğurlanan əşyalar, pul, təqaüd kartı və mobil telefonlar onun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.


Xəbərə aid video