Rusiyanın beynəlxalq ehtiyatları 1,4 mlrd. dollar azalıb


İqtisadiyyat 26 Okt 2017 18:51:00 274 0

Rusiyanın beynəlxalq ehtiyatları 1,4 mlrd. dollar azalıb

Qonşu ölkə bir həftə ərzində qızıl-valyuta ehtiyatlarının 0,3%-ni itirib

Rusiyanın beynəlxalq (qızıl-valyuta) ehtiyatları 1 həftə ərzində 1,4 mlrd. ABŞ dolları və yaxud 0,33% azalaraq 425,6 mlrd. dollara düşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatlarına Rusiya Bankının və hökumətinin sərəncamındakı yüksək likvidliyə malik xarici aktivlər daxildir.