DİQQƏT! Bu qadının yaxınları axtarılır FOTO


Digərləri 26 Okt 2017 18:38:00 266 0

DİQQƏT!  Bu qadının yaxınları axtarılır  FOTO

Bir neçə ay əvvəl qəzada ölən qadının yaxınları axtarılır.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol - nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.

Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.


Xəbərə aid foto