Aİ "Şərq tərəfdaşlığı"nın Brüssel bəyannaməsinin qəbulu zamanı kompromissin əldə olunacağına ümid edir (ÖZƏL)


Digərləri 26 Okt 2017 18:38:07 201 0

Aİ "Şərq tərəfdaşlığı"nın Brüssel bəyannaməsinin qəbulu zamanı kompromissin əldə olunacağına ümid edir (ÖZƏL)

Avropa İttifaqı (Aİ) noyabrın 25-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində bəyannamənin qəbulu zamanı kompromissin əldə olunacağına ümid edir.

Tallin. Ləman Zeynalova - Avropa İttifaqı (Aİ) noyabrın 25-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində bəyannamənin qəbulu zamanı kompromisin əldə olunacağına ümid edir. Bunu Aİ Qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Trend-in xüsusi müxbirinin 2015-ci il mayın 25-də "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin Riqa sammitinin bəyannaməsində Azərbaycanın narazılığına səbəb olan məqamların qarşıdakı Brüssel sammitində qəbul olunacaq bəyannamədə nəzərə alınıb-alınmayacağı ilə bağlı sualına cavabında deyib. Qeyd edək ki, Riqa bəyannaməsinin mətni ilə bağlı əsas irad ondan ibarət idi ki, orada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməli olduğu göstərilməmişdi. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin