Prosineçki: "Azərbaycan yığmasının mənim iddialarıma cavab verdiyinə əmin deyiləm”


İdman 26 Okt 2017 18:21:00 296 0

Prosineçki: "Azərbaycan yığmasının mənim iddialarıma cavab verdiyinə əmin deyiləm”

Azərbaycan millisinin baş məşqçisi kimi AFFA ilə müqaviləsi bu ilin dekabr ayında başa çatacaq Robert Prosineçki Bakıya gəlib.

Xorvatiyanın "sportarena.hr" saytına açıqlamasında Prosineçki Azərbaycan millisində qala biləcəyi ilə bağlı suallara cavab verib:

“Yəqin ki, bu gecə mənə yeni təklif gələcək. Bakı həqiqətən fantastik şəhərdir, böyük paytaxtdır. Burda yaşamaq məni heç narahat etmir. Mənə olan hörmət də kifayət qədərdir. Üstəlik, uşaqlar burda beynəlxalq məktəbə gedir və lazımi təhsili alırlar. Azərbaycan yığması ilə çox işlər görmüşük. Heç kimin bu danmağa haqqı yoxdur. Amma yığmanın mənim iddialarıma cavab verdiyinə əmin deyiləm”.

Qeyd edək ki,Robert Prosineçkili Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsini 10 xalla başa vurub.