Musiqi məktəbində ustad dərsi keçirildi


Kriminal 26 Okt 2017 18:18:00 287 0

Musiqi məktəbində ustad dərsi keçirildi

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbində tanınmış musiqiçi, istedadlı fleytaçı, əməkdar incəsənət xadimi, professor Telman Hacıyevlə görüş və ustad dərsi keçirilib.

Son.az xəbər verir ki, görüşdə həmçinin bir sıra ziyalılar - Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, akademik Yahya Caniyar, şair-publisist Şükür  Şuşalı, akademik Həmid Cəfərov, həkim-şair Zakir Ağdamlı, fəlsəfə elmləri doktoru, şair Əsədulla Qurbanov, eləcə də fəlsəfə elmləri namizədi, dosent Xavər Əhmədova, BMA-nın professoru Mina Hacıyeva və başqaları iştirak ediblər.

Görüşün əsas məqsədi ustad musiqiçinin həyat və yaradıcılığı ilə şagirdləri tanış etmək, onun ifaçılıq, eləcə də pedoqoji təcrübəsinin müəllim və şagirdlərlə bölüşməsi olub.


Xəbərə aid fotolar