BQXK: Mosulda 1300 qadın və uşaq girov kimi saxlanılır


Sosial 26 Okt 2017 17:31:00 274 0

BQXK: Mosulda 1300 qadın və uşaq girov kimi saxlanılır

Onların arasında Azərbaycan vətəndaşları da var

“İraqın Mosul şəhəri yaxınlığında 1300 qadın və uşaq girov kimi saxlanılır”.

“Report” xəbər verir ki, məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXC) yayıb.

Bildirilib ki, həmin şəxslər İraqın təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. İlkin məlumata görə, onların 300-dən çoxu Türkiyədən gəlib. Qalanları isə keçmiş SSRİ-nin respublikalarının - Rusiya, Tacikistan və Azərbaycanın vətəndaşlarıdır.

BQXK hazırda İraqda İŞİD qruplaşmasının xarici ölkələrdən gəlmiş döyüşçülərinin 1300 qadın və uşağına humanitar yardım göstərir. 

"İraq və Suriyadakı münaqişənin bütün tərəflərini bu insanlarla beynəlxalq hüquq normalarına uyğun davranmağa və onlara işgəncə verməməyə çağırırıq. Biz həmin insanlara baş çəkib, yardım edirik”, - deyə BQXK Orta Şərq və Şimali Afrika üzrə direktorunun müavini Patirk Hemilton bildirib.