Kristin Laqard: "Ətraf mühitlə bağlı problemləri həll etməsək, bizi qaranlıq gələcək gözləyir"


İqtisadiyyat 26 Okt 2017 17:12:45 314 0

Kristin Laqard: "Ətraf mühitlə bağlı problemləri həll etməsək, bizi qaranlıq gələcək gözləyir"

IMF: İqlim dəyişikliyi ilə bağlı kritik qərarlar almaq lazımdır

"Kritik qərarlar almasaq, bişəcək, qızaracaq və qovrulacağıq". "Report" "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) baş icraçı direktoru Kristin Laqard (Christine Lagarde) qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlığında bildirib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən iqtisadi forumda çıxış edən K.Laqard qeyd edib ki, "ətraf mühitlə bağlı problemləri həll etməsək, yaxın 50 ildə bizi qaranlıq gələcək gözləyir".

"Gələcək üçün baxışımız utopik olmalıdır. İqlim dəyişikliyini həll etməsək, başımız dərdə girəcək. Bu istiqamətdə kritik qərarlar almalıyıq", - deyə IMF rəhbəri əlavə edib. K.Laqard qlobal istiləşmə ilə bağlı Paris anlaşmasına hər bir ölkəni dəstək olmağa çağırıb.