"Yoldaşımı vurdular, mən arxa pəncərədən qaçdım" Döyülən ailə VİDEO FOTO


Digərləri 26 Okt 2017 17:04:00 246 0

"Yoldaşımı vurdular, mən arxa pəncərədən qaçdım"  Döyülən ailə  VİDEO  FOTO

Cəlilabadda qohumlar arasında düşən dava qanlı sonluqla nəticələnib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində baş verib.

Axşam saatlarında bir neçə şəxs kənd sakini Əbülfət Şəbiyevin həyətinə daxil olaraq onun evinin pəncərə və qapılarının şüşəsini küt alətlərlə sındırıblar.

Ev sahibinin sözlərinə görə, səsə çıxan evin xanımı Kəmalə Şəbiyeva həmin şəxlər tərəfindən dəmir linglə döyülüb. Həmin şəxslərin xəsarət yetirəcəyindən ehtiyyatlanan ev sahibi Əbülfət Şəbiyev evdən qonşuya qaçaraq polisə məlumat verib.

Məlum olub ki, evə basqın edən həmin şəxslər elə ev sahibinin keçmiş qohumlarıdır.

Belə ki, Əbülfət Şəbiyevin oğlu ilə kənd sakini Əliağa Qürbətov adlı şəxsin qızı bir ilə yaxın evli olduqdan sonra onlar məhkəmənin qərarı ilə boşanıblar. Bu isə ailələr arasında sonradan narazılıqlar yaradıb.


Xəbərə aid fotolar