Səhiyyə Nazirliyi gənclərlə bağlı tədbirlər planını təsdiqlədi


Digərləri 26 Okt 2017 17:08:00 292 0

Səhiyyə Nazirliyi gənclərlə bağlı tədbirlər planını təsdiqlədi

Səhiyyə nazirinin əmri ilə "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı" təsdiq edilib.

Son.az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tədbirlər Planına əsasən, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərin artırılması və davranışlarının təkmilləşdirilməsi, gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.