"Azərbaycan sərnişin gəmiləri ilə bağlı məsələni hərtərəfli araşdırır" FOTO


Digərləri 26 Okt 2017 17:00:00 386 0

"Azərbaycan sərnişin gəmiləri ilə bağlı məsələni hərtərəfli araşdırır"   FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər heyəti ilə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib.

Son.az xəbər verir ki, QSC-dən Trend-ə bildirilib ki, görüş zamanı qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Korporasiyanın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan "Krasnoye Sormovo" zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və "Krasnoye Sormovo" zavodunun da daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) Marketinq və satış departamentinin direktoru Dmitri Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İkitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Tədbirdə "Krasnoye Sormovo" zavodunda reallaşdırılan son layihələrin təqdimatı da olub. Rusiya çaylarında kruiz sahəsində istimar ediləcək yeni sərnişin gəmisi haqqında ətraflı məlumat verilib.


Xəbərə aid fotolar