Beynəlxalq Uşaq Muğam Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi


Kriminal 26 Okt 2017 16:39:00 343 0

Beynəlxalq Uşaq Muğam Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində XI Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirildi. Festival  Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Gənclər və İdman  Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin  dəstəyi, "Paşa"bankın sponsorluğu və "Kainat" Gənclik Mərkəzinin  təşkilatçılığı ilə  baş tutdu.

İlk olaraq  səhnəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxaraq, Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışdı. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğuladı.

1997-ci ildən yaranan "Kainat" Gənclik Mərkəzi bu günədək Uşaq Muğam festivallarını təşkil edir.

Bu ilki festivalda  11 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bayramlı Kənan, Ramil Məmmədli, Məmmədova Nəcibə, Zibər Zamanova (Azərbaycan), Toşaliyev Farxod, Xojamberdiyeva Lola (Özbəkistan), Ghaffarov Abduqahhor (Tacikistan), Sara Ashraf Moussa, Sana Nabel Ahmed Ali (Misir), Bakiyev Kabe Shih (Türkmənistan), Bajikov Anuar, Rahimjan Sayat (Qazaxıstan), Ould Ambrouche Ghoslene (Əlcəzair), Raxmonov Diyorbek (Özbəkistan), Şirin Muhammed Eren (Türkiyə), Akmar Laabidi, Firas Kolsi ( Tunis), Mehrab Serbazi (İran) öz ölkələrini təmsil etdilər.

İfaları Beynəlxalq münsiflər heyəti qiymətləndirdi. Münsiflər heyətinin sədri Xalq artisti,tarzən, professor Ağasəlim Abdullayev idi. Festival iştirakçılarını "Araz" xalq çalğı alətləri ansamblı müşayiət edirdi.