İsmayıllı sakinindən kiloyla narkotik götürüldü
Digərləri 26 Okt 2017 15:47:00 200 0
İsmayıllı şəhər sakini Elməddin Ələsgərovdan 1 kiloqram 960,3 qram marixuana götürülüb.
Son.az DİN-ə istinadən xəbər verir ki, ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Polis əməkdaşları tərəfindən E.Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkovasitə aşkar olunaraq götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkovasitənin 1 kiloqram 960,3 qram marixuana olması barədə rəy verilib.
Mənbə: milli.az