Məşhurlar sənət dostlarının adlarını açıqladırlar Sorğu VİDEO FOTO


Şou-biznes 26 Okt 2017 15:11:00 362 0

Məşhurlar sənət dostlarının adlarını açıqladırlar  Sorğu  VİDEO  FOTO

İllərdir bir-birinin atdığı bütün addımları görən şou əhli özlərinin sənət dostlarını çoxdan seçiblər. Görəsən, tanınmış simalar kimləri özləri üçün sənət dostu olaraq görürlər? Son.az bildirir ki, "ARB Ulduz" kanalının "Virtual həyat" proqramı bunu araşdırıb. Məşhurlara ağıllarına, ilk olaraq, gələn sənət dostlarının adını çəkməsini söylədiyimiz zaman onlar özlərinə, ürəklərinə yaxın həmkarlarını sadalamağa başladılar: Gülay Zeynallı: "Sənət dostum deyəndə, şükür hamı ilə münasibətim yaxşıdır. Əsas odur ki, salam, sağolum var. İlk növbədə, sənət dostum Humay Qədimova və  Zenfira İbrahimovadır". Fatimə Fətəliyeva: "Sənət dostum Xatundur". Nazənin: "Könül Kərimova, Xatun, Lamiyə Ələkbərovadır". Şou dostluqlarını tanımaq üçün ən yaxşı fürsət olan bu sorğumuzda artıq kim kimin üçün önəmli və dəyərlidir, bax bunun şahidi olacaqsız. Nadir Qafarzadə: "Sənət dostlarım Manaf Ağayev, Nüşabə Ələsgərli, Xatirə İslam, İzzət Bağırovdur. Sənət dostum çoxdur. Ola bilər ki, kiminsə adını çəkə bilmədim". Roza Zərgərli: "Sənət dostlarım Elnur Məmmədov, Yaşar Yusub. Oğlanlardan bunların adını çəkə bilərəm". Lalə Məmmədova: "Sənət dostum bir deyil, çoxdur. Samir Cəfərov, Əkbər Əlizadə, Samira". Etiraflar indi təqdim etdiklərimizlə yekunlaşmır. Daha geniş sorğunu bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto