Yapı Kredi Bank Azərbaycan üçüncü rübü 6.25 milyon AZN mənfəətlə başa vurub


Digərləri 26 Okt 2017 15:00:01 286 0

Yapı Kredi Bank Azərbaycan üçüncü rübü 6.25 milyon AZN mənfəətlə başa vurub

Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin üçüncü rübünün məlumatlarını ictimaiyyətə təqdim edib. Bankın mənfəət və zərər hesabatına nəzər yetirdikdə cari ilin 9 ayının yekununda 6.3 milyon manatlıq xalis mənfəət əldə etdiyi görülür. Bankın hesabatları barədə şərh verən İdarə Heyətinin Sədri Cənab Cenk Yüksel: "Yapı Kredi Bank Azərbaycan olaraq müştərilərimizin etimadını qazanmaq bizim üçün çox önəmlidir. Bu istiqamətdə hər zaman gərəkli addımları atmışıq, bundan sonra da davam edəcəyik. Güvənini qazandığımız müştərilərin sayı getdikcə artmaqdadır. Bunun nəticəsi olaraq da, görürük ki, ötən ilin Sentyabr ayının sonu ilə müqayisədə, bu ilin Sentyabr ayının sonunda əmanətlərimizin həcmi 34% artaraq 302 milyon manat olmuşdur.

Yapı Kredi Bank Azərbaycanın digər hesabatlarına nəzər saldıqda xalis faiz gəlirləri 23% artaraq 19.1 milyon manat olmuşdur.