Rusiya XİN: Münaqişə zonasında vəziyyət asan deyil


Siyasət 26 Okt 2017 14:43:57 251 0

Rusiya XİN: Münaqişə zonasında vəziyyət asan deyil

Mariya Zaxarova: "Biz Bakı və Yerevanı həll olunmamış bir məsələdə həllin axtarışı üçün konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq"

"Rəsmi Moskva Bakı və Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesini sürətləndirməyə hazır olduqlarını dəstəkləyir."

"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Cenevrədə keçirdikləri görüşün nəticələrini şərh edərkən deyib.

O təssüf hissi ilə qeyd edib ki, münaqişə zonasında vəziyyət asan deyil.

"Biz Bakı və Yerevanı həll olunmamış bir məsələdə həllin axtarışı üçün konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq", - M.Zaxarova əlavə edib.