Pakistanlı gənc Azərbaycanda mafiya tərəfindən oğurlandı FOTO


Kriminal 26 Okt 2017 14:22:00 298 0

Pakistanlı gənc Azərbaycanda mafiya tərəfindən oğurlandı  FOTO

Azərbaycanda bir qrup beynəlxalq insan alverçiləri tərəfindən oğurlanan pakistanlı gənc bu ölkənin xüsusi xidmət orqanlarının başlatdığı əməliyyat nəticəsində azad edilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycanda pakistanlı gənci oğurlayanlar iki ortaqlarının bu ölkədə yerli Federal Təhqiqat Agentliyinin (FİA) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilməsindən sonra qurbanı azad ediblər.

FİA-nın direktor müavini Xalid Anis bildirib ki, insan oğrularının qurbanı olan Əli Raza Azərbaycanda 12 gün girov saxlanıldıqdan sonra evlərinə-Sialkot əyalətinin Sambrial şəhərinə qayıdıb. Onu oğurlayanlardan birinin adı Zubayir Varreyxa adlı şəxsdir. Bu şəxs Pakistan vətəndaşıdır.

Xalid Anis deyib ki, qruplaşma gənci oğurlayaraq onun anasından 1.8 milyon rupi pul tələb ediblər. "İnsan oğruları iki ortaqlarının Pakistanda FİA tərəfindən həbs edilməsindən sonra qurbanı azad etməyə məcbur olublar, oğurlanan gənc artıq Azərbaycandan evlərinə qayıdıb", - o bildirib.