Levandovskinın transferi ilə bağlı danışıqlar baş tutub


İdman 26 Okt 2017 14:17:00 340 0

Levandovskinın transferi ilə bağlı danışıqlar baş tutub

"Bayern Munich"in hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, klub nümayəndələri onun transfer ətrafında danışıqlar aparıb. 29 yaşlı forvard digər klublarla müqayisədə transfer bazarında fəallıq göstərən "Bavariya"nın siyasətindən narazıdır. Polşalı ulduz bu narazılığını bir müddət öncə dilə gətirsə də, klub rəsmiləri ona bu mövzuda danışmaq qadağası qoymuşdu. Levandovskinin Çempionlar Liqasında qalib olmaq istədiyi bildirilir.

Onun Münhen klubu ilə cari müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən yay "Real" onu transfer etməyə cəhd göstərsə də, planı baş tutmamışdı.