Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək


Siyasət 26 Okt 2017 13:30:49 264 0

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Tərəflər iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası ilin sonunadək Bakıda keçiriləcək. 

"Report" xəbər verir ki, bunu brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

"İlin sonunadək hökumətlərarası komissiyanın iclası Bakıda keçiriləcək. Tərəflər iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək, habelə logistika sahəsində konkret mexanizmlər və onların həlli yollarını hazırlayacaqlar", - səfir bildirib.