Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi


Digərləri 26 Okt 2017 13:15:00 242 0

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Son.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.   O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ""Zaryadka" - "yükləmə", "adapter" - "yükləyici", "embarqo" - "qadağa", "evakuasiya" - "köçürülmə", "proqnoz" - "öncəgörmə", "konsensus" - "yekdillik", "kserokopiya" - "üzçıxarma", "like" - "bəyənmə", "mesaj" - "ismarıc" kimi təsdiqlənib".   Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter "mouse"-nun qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklif edilir.