AİB "Şərq tərəfdaşlığı" ölkələrində layihələr üçün 8 milyard dollar kredit ayırıb


Digərləri 26 Okt 2017 13:13:08 273 0

AİB "Şərq tərəfdaşlığı" ölkələrində layihələr üçün 8 milyard dollar kredit ayırıb

Avropa İnvestisiya Bankı (AİB) “Şərq tərəfdaşlığı” üzv ölkələrində Lvovdan Bakıyadək infrastruktur və ekologiya layihələri dəstəkləyir.

Tallinn. Ləman Zeynalova - Avropa İnvestisiya Bankı (AİB) “Şərq tərəfdaşlığı” üzv ölkələrində Lvovdan Bakıyadək infrastruktur və ekologiya layihələri dəstəkləyir. Trend-in məlumatına görə, bunu “Rəqəmsal iqtisadiyyat: şəffaf və sərhədsiz biznes üçün innovativ platforma” mövzusunda “Şərq tərəfdaşlığı”nın 4-cü biznes forumu zamanı AİB-in vitse-prezidenti Vazil Xudak deyib. O qeyd edib ki, AİB tərəfindən “Şərq tərəfdaşlığı” üzv ölkələrinin layihələri üçün ayrılan kreditin həcmi 8 milyard dollar təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin