Qazaxıstan prezidentinin mətbuat xidməti: Nazarbayevin Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq


Siyasət 26 Okt 2017 12:24:01 261 0

Qazaxıstan prezidentinin mətbuat xidməti: Nazarbayevin Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq

Prezident Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək

Oktyabrın 30-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər edəcək. 

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi internet saytında bildirilir.

Səfər zamanı Prezident Nursultan Nazarbayev Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.