Azərbaycanın keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərcləri artırılır


Siyasət 26 Okt 2017 11:58:55 251 0

Azərbaycanın keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərcləri artırılır

Bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub

Növbəti il dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərclərinin artırılacağı gözlənilir.

“Report”un xəbərinə görə, bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.

Gələn il üçün nəzərdə tutulan vəsait 304 min 891 manatdır. Bu, 2017-ci ildəkindən 1873 manat çoxdur.

Qeyd edək ki, bu il üçün qeyd olunan sahəyə 303 min 18 manat vəsait ayrılıb.