Hər toy üçün müəllif qonorarı ödənilməlidir MƏBLƏĞ


Digərləri 26 Okt 2017 12:12:00 262 0

Hər toy üçün müəllif qonorarı ödənilməlidir  MƏBLƏĞ

Klub, kafe, restoran və toy mərasimlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə qonorarın necə veriləcəyini açıqlanıb.

Mİlli.Az xəbər verir ki, Müəllif Hüquqları Agentliyi (MHA) APA-nın sorğusuna cavab olaraq bildirib ki, bir neçə gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərara müəyən dəyişikliklər edilib.   Qərarda bir sıra məsələlər, o cümlədən "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı"nda edilmiş dəyişikliklərə əsasən klublarda, kafelərdə, restoranlarda, o cümlədən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarının ödəyicilər və hansı qaydada ödənilməsi ilə bağlı məsələlər həllini tapıb.   "Lakin bəzi KİV-də bu qərarla bağlı düzgün olmayan şərhlər verilir, hətta səhv informasiyalar yayılır, bəzi hallarda isə qonorarın guya ifaçılar tərəfindən ödənilməli olduğu barədə yanlış fikirlər söylənilir", - MHA-dan bildirilib.

Qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün deyil, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir.