Bakı rusiyalılar üçün 5 MDB şəhərindən biri oldu


Digərləri 26 Okt 2017 11:58:00 245 0

Bakı rusiyalılar üçün 5 MDB şəhərindən biri oldu

Yaşayış yerinin bronlanması ilə məşğul olan Tvil.ru saytı (Rusiya) noyabrda bayram günlərində rusiyalıların MDB-nin və yaxın xaricin hansı şəhərlərinə yollanacaqlarını təyin edib.

Mədəniyyət və Turizm Nazirliyindən Son.az-a verilən məlumata görə, həmin şəhərlərin reytinqi 2017-ci il noyabrın 3-dən 7-dək yaşamaq üçün mehmanxanaların, mənzillərin və qonaq evlərinin bronlanmasına dair müraciətlər barədə məlumatlara əsasən təyin edilib.

Noyabrın 4-də bu ölkədə xalq həmrəyliyi günü qeyd olunur. Bu səbəbdən noyabrın 4-6 tarixlərində rusiyalıları ardıcıl 3 gün istirahət gözləyir. Noyabrın ilk dekadasında rusiyalı turistlərin səyahətə yollanmağa hazırlaşdığı top-5 MDB şəhərləri arasında Bakı da var.

Məlumatlara əsasən, rusiyalı turistlər noyabr bayramlarında orta hesabla 3,5 gün Azərbaycan paytaxtında dincələcək və hər gün orta hesabla 2,9 min rubl xərcləyəcəklər.