PSG-nin sahibi Super Liqa klubunu alır


İdman 26 Okt 2017 11:49:00 265 0

PSG-nin sahibi Super Liqa klubunu alır

PSG-nin prezidenti Naser Əl-Xəlaifi Türkiyə Super Liqasına yatırım etmək fikrinə düşüb.

Goal.az-ın məlumatına görə, qətərli iş adamının  uzun müddətdir Türkiyədə klub axtarışında olduğu, son olaraq "Başakşehir" üzərində dayandığı müəyyənləşib. "Fanatik" tərəflər arasında bir çox məsələlərin razılaşdırıldığını yazıb. Rəsmi açıqlamanın qış fasiləsində - yanvarda ediləcəyi bildirilir.

Xatırladaq ki, Naser Əl-Xəlaifinin sahibi olduğu beİN Sport Türkiyə Super Liqasının 5 illik yayım hüququnu 500 milyon dollar qarşılığında alıb.