Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasının nazirlər konfransında iştirak edəcək


İqtisadiyyat 26 Okt 2017 11:37:23 316 0

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasının nazirlər konfransında iştirak edəcək

Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təmsil edəcək

Sabah Düşənbədə (Özbəkistan) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasının (Central Asia Regional Economic Cooperation- CAREC) nazirlər konfransı keçiriləcək. 

"Report" xəbər verir ki, Azərbaycanı bu tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təmsil edəcək.

Konfransda "CAREC-2030" strategiyası qəbul ediləcək. 

Tədbirdə Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakaonun iştirak edəcəyi gözlənilir.