Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub, yaralanan var


Sosial 26 Okt 2017 11:09:43 294 0

Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub, yaralanan var

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir

Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.

“Report”un xəbərinə görə, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.