Qaradağda genişmiqyaslı tikinti quruculuq işləri görülüb (FOTO)


Digərləri 26 Okt 2017 11:11:00 262 0

Qaradağda genişmiqyaslı tikinti quruculuq işləri görülüb (FOTO)

Qaradağ rayonunda tikinti quruculuq işləri, sosial layihələrin icrası çərçivəsində son vaxtlar geniş miqyaslı işlər görülüb.

Bakı. Qaradağ rayonunda tikinti quruculuq işləri, sosial layihələrin icrası çərçivəsində son vaxtlar geniş miqyaslı işlər görülüb. Qaradağ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yeni parklar salınıb, rayonun bütün qəsəbə və digər yaşayış məntəqələrini də əhatə edən abadlıq və yaşıllaşdırma işləri, Bakı Astara avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq, Ələt qəsəbəsi də daxil olmaqla 60 km məsafəni də əhatə edib. Burada 1000 ədəd zeytun, 10000 yaxın şam və sərv ağacları, eyni zamanda ərazidə əlavə dekorativ kollar əkilib. Lökbatan qəsəbəsi ərazisində hərbi şəhərciyin qarşısında yol üstü piyada keçidi istifadəyə verilib. Sahil, Sanqaçal, Qobustan, Ələt qəsəbələrində binaların fasadları rənglənib, 8000 kv.metrdən çox dam örtüyü vurulub, qəsəbələrdə hasarlar çəkilib, 10 000 kv.metrdən çox hörgü işləri aparılıb. Bakı Salyan avtomobil yolunun kənarlarına səki daşları düzülüb. Qaradağ rayonunun Ələt qəsəbəsini də əhatə edən abadlıq quruculuq işləri çərçivəsində ərazidə 25 000 kv.metrdən çox asfalt salınması nəzərdə tutulur. Qəsəbədə yeni sosial obyektləri tikilir, köhnə binalar əsaslı şəkildə bərpa olunur, yenidənqurma zamanı ümumi görünüşə xələl gətirən tikililər və qəza vəziyyətində olan binalar sökülərək, planlı şəkildə müasir tələblər səviyyəsində inşa edilir. Qəsəbədə yaşayış evlərin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılır. Yeni abad məhəllələr salınır, Ələt qəsəbəsində aparılan tikinti işləri, Dəmir yolu stansiyasını da əhatə edir. Burda da yenidən qurma işləri yüksək səviyyədə inşa edilir. Sənaye rayonu olan Qaradağda ümumilikdə, 500 km olan uzunluğunda neft kəmərləri, qaz su xətləri yenidən rənglənib, xətlər ətrafında abadlıq yaşıllaşdırma tədbirləri görülüb. Avtomobil yollarının hərəkət hissələrində hərəkətverici xətlər də yenilənib. Rayon üzrə aparılan tikinti quruculuq abadlıq işlərinə 50dən çox texnika, maşın və mexanizm cəlb edilib. Görülən işlər zamanı yerli sakinlərin məşğulluğunu təmin etmək üçün briqadalar da yaradılıb. Bütün bu işlər isə sakinlər tərəfindən rəğbətlə qarşılanıb Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin