“Bank VTB (Azerbaijan)” taksi xidmətləri alır


İqtisadiyyat 26 Okt 2017 10:31:55 393 0

“Bank VTB (Azerbaijan)” taksi xidmətləri alır

Bank ölkə hüdudları daxilində taksi xidmətlərinin göstərilməsi üzrə açıq tender elan edib

“Bank VTB (Azerbaijan)” ASC ölkə hüdudları daxilində taksi xidmətlərinin göstərilməsi üzrə açıq tender elan edib.

Bu barədə “report” Bankdan bildirilib.

Məlumatda deyilir ki, təkliflər noyabrın 8-nə qədər “Bank VTB (Azerbaijan)”ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 (“Messenat Plaza”) ünvanındakı baş ofisində qəbul edilir. Əlaqələndirici şəxs Elşən Mahmudovdur (tel.: (012) 492-00-80 (daxili nömrə 1233), (055) 212-03-31).

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.