Bakıda mühafizəçi bıçaqlanıb
Digərləri 26 Okt 2017 08:58:00 254 0
Hadisəni müəssisəyə daxil olmaq istəyən şəxs törədib
Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Son.az "Report"a istinadən bildirir ki, insident keçmiş maşın bazarı yaxınlığındakı qeyri-yaşayış binasının mühafizə postunda qeydə alınıb. Naməlum şəxs mühafizə olunan binaya daxil olmaq istəyərkən mühafizəçi, 1965-ci il təvəllüdlü Abbasov İlham Müseyib oğlu onun qarşısını alıb. Lakin o, naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.
Mənbə: milli.az