Biləsuvarda yeniyetmə qız özünü maşının altına atıb


Digərləri 26 Okt 2017 08:36:00 305 0

Biləsuvarda yeniyetmə qız özünü maşının altına atıb

Hadisə qızın anasının yanında baş verib

Biləsuvarda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, 2005-ci il təvəllüdlü rayon sakini Abbasova Aysel Şahin qızı anası ilə yol kənarında gedərkən qəfil özünü "Qazel" markalı yük avtomobilinin qarşısına atıb. O, müxtəlif bədən xəsarətləri ilə dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

00:08

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Belə ki, 12 yaşlı uşaq müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə Cərrahiyyə şöbəsində əməliyyat olub. Məlumata görə, o, yol qəzası zamanı xəsarətlər alıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.