Abşeronda yerli müəssisələrdən birində bədbəxt hadisə baş verib


Sosial 26 Okt 2017 08:14:58 257 0

Abşeronda yerli müəssisələrdən birində bədbəxt hadisə baş verib

Orta yaşlı kişini cərəyan vurub

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yerli müəssisələrdən birində bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, 1962-ci il təvəllüdlü Mirzəyev Mirzəli Ağasadıq oğlu çalışdığı müəsissədə iş görən zaman yüksək gərginlikli elektrik naqilinə toxunub.

Nəticədə onu cərəyan vurub. M.Mirzəyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.