Azərbaycan Ukraynaya 8,6 min ton aviayanacaq ixrac edib


Dünya 26 Okt 2017 08:08:00 259 0

Azərbaycan Ukraynaya 8,6 min ton aviayanacaq ixrac edib

Ukrayna təyyarə yanacağı idxalını 2,7 dəfə artıraraq 234,3 min tona çatdırıb

Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Ukraynaya 8,6 min ton aviayanacaq ixrac edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "A-95 - Konsaltinq qrupu"nun məlumatında bildirilir. Ukrayna ötən ilin analoji dövrü ilə müqayisədə təyyarə yanacağı idxalını 2,7 dəfə artıraraq 234,3 min tona çatdırıb. Aviayanacaq idxalının əsas həcmi - 62%-i dəniz vasitəsi ilə daşınmanın payına düşüb. Yanacağın qalan 38%-i dəmir yolları vasitəsi ilə ölkəyə gətirilib. Əsas xarici tərəfdaşlar siyahısında birinci yerdə Litva qərarlaşıb (73,9 min ton). Siyahıda Belarus (14,8 min ton), Səudiyyə Ərəbistanı (63,3 min ton), İtaliyanın (64,4 min ton) da adı var.