Bərdədə avtomobilin işıqforu qırmızı işıqda keçməsi qəzaya səbəb olub - FOTO


Sosial 26 Okt 2017 00:38:14 353 0

Bərdədə avtomobilin işıqforu qırmızı işıqda keçməsi qəzaya səbəb olub - FOTO

Hadisə zamanı 1 nəfər xəsarət alıb

Bərdədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza "Mercedes" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisəyə "Hundai"nin işıqforun qırmızı işığında keçməsi səbəb olub. Qəzanı törədən sürücü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.