Abşeronda asayiş keşikçiləri ilə şübhəli şəxslər arasında atışma olub, iki nəfər öldürülüb - FOTO


Sosial 25 Okt 2017 23:55:46 365 0

Abşeronda asayiş keşikçiləri ilə şübhəli şəxslər arasında atışma olub, iki nəfər öldürülüb - FOTO

Hadisə Xırdalan şəhərində baş verib

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

"Report" xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.