İnsanı yoxsul edən VƏRDİŞLƏR: məşhur ekstrasensdən 7 VACİB MƏSLƏHƏT


Digərləri 25 Okt 2017 23:42:00 404 0

İnsanı yoxsul edən VƏRDİŞLƏR: məşhur ekstrasensdən 7 VACİB MƏSLƏHƏT

Məşhur ekstrasens Aleksandr Şeps elə hesab edir ki, insanın varlana və maddi vəziyyətini düzəldə bilməməsinin əsl səbəbləri onun pis vərdişləri ilə bağlıdır. Odur ki, Şeps insanı kasıb edən vərdişlərin siyahısını açıqlamağa qərar verib.

Son.az bu yazıda oxucuları "Ekstrasenslərin mübarizəsi" verilişinin qalibi olan A.Şepsin insanı yoxsulluğa sürükləyən vərdişlərlə bağlı hazırladığı siyahı ilə tanış edir.

Şikayət vərdişi

Əgər insan səhərdən axşamacan pul qıtlığından və həyatda xoşbəxt olmamasından şikayət edirsə, bu zaman şüurundakı mənfi fikirlər onu pulsuzluğa və fəlakətlərə doğru aparır.

Kiməsə öz bədbəxtliyi haqqında danışan insan özünü neqativ əhval-ruhiyyəyə kökləyir. Axı çoxdan məlumdur ki, söz və fikirlər həyata keçir. Həyatından şikayət edən insan daha da pis olur və ətrafa da çoxlu neqativ enerji yayır. Aleksandr Şepsin sözlərinə görə, pul daim şikayət edən adamları sevmir. Odur ki, daim şikayət etməyə son verin.

Birdən-birə hər şeyə sahib olmaq arzusu

Pul qazanmaq və təhlükəsiz yaşamaq üçün çalışmaq lazımdır. Kasıb insanlar bir çox hallarda hər şeyə birdən-birə sahib olmaq istəyir. Əlavə səy göstərməyən, həmçinin risk etməkdən qorxan insanlar heç vaxt varlana bilməyəcəklər.

Yadda saxlayın ki, heç nə səbəbsiz baş vermir.

Sevmədiyin işi görməyə öyrəşmək

Aleksandr Şeps onu da iddia edir ki, sevinc və xoşbəxtlik gətirməyən, sənə maraqlı olmayan sahədə çalışmaqla uğur qazanmaq olmaz. Pul cəlb etmək üçün qəlbini sevindirən işlərlə məşğul olmaq lazımdır. Ancaq bu halda insan varlanmağa can atır.

Həsəd aparmaq vərdişi


Xəbərə aid fotolar