Cəlilabadda qudalar arasında dava bir nəfərin ağır xəsarət alması ilə nəticələnib


Sosial 25 Okt 2017 23:37:30 379 0

Cəlilabadda qudalar arasında dava bir nəfərin ağır xəsarət alması ilə nəticələnib

Oğlanın anası başından ağır xəsarət alıb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Şükürlü kəndində qeydə alınıb.

Keçmiş qudalar qızlarını boşadığı üçün oğlanın ata evinə gəliblər. Təqribən 6 nəfərdən ibarət olan qız evinin adamları müxtəlif alətlərlə silahlı olublar. Onlar evin pəncərələri sındırılıblar. Səs-küyü eşidən oğlanın anası, 1977-ci il təvəllüdlü Kəmalə Qoçəli qızı Şəbiyeva bayıra çıxıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə müxtəlif alətlərlə silahlanmış qız evinin adamları linglə K.Şəbiyevanın baş nahiyəsinə zərbə endiriblər. Ağır xəsarət alan qadın yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilk tibbi yardım göstərilib.

Hadisə baş verən zaman oğlanın atası, 1978-ci il təvəllüdlü Əbülfət Xanverdi oğlu Şəbiyev də evdə olub. Vəziyyətin ciddiliyini görən Ə.Şəbiyev evdən çıxaraq qonşuya qaçıb. Həmin şəxslər qonşunun da evinə ziyan vuraraq Ə.Şəbiyevi axtarıblar. Ə.Şəbiyev tövlədə gizləndiyindən, onu tapa bilməyən şəxslər hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.